Şrek yapon olur
Bizi izləyin

Ekopublika.az

Şrek yapon olur

“Şrek”, “Kung Fu Panda” və “Madaqaskar” kimi məşhur cizgi filmlərin yaradıcısı “DreamWorks Animation” şirkətini yaponlar satın alır.

Publika.az “Reuters”ə istinadən bildirir ki, yapon telekom və media şirkəti “SoftBank” amerikalı studiya üçün 3.4 milyard dollar ödəməyə hazırdır. Müzakirələr müsbət nəticələnsə, “SoftBank” Hollywooda sərmayə qoyan ikinci yapon şirkəti olacaq.

Belə ki, 1989-cu ildə “Sony” “Hollywood”un film studiyası “Kolumbiya Picturesi” satın almışdı. Nyu Yorkda ictimaiyyətə açıq elan edilən Çinin E-ticarət nəhəngi “Alibaba”nın səhmlərinin 32 faizi əlində tutan “SoftBank” son günlər ən parlayan şirkətlərdən biridir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm