Maliyyə naziri “Davos”da
Bizi izləyin

Ekopublika.az

Maliyyə naziri “Davos”da

Türkiyənin İstanbul şəhərində "Regional İnkişaf üçün Əlavə İmkanların Yaradılması" mövzusunda Dünya İqtisadi Forumu keçirilir.

Sentyabrın 28-də öz işinə başlayan forumda Azərbaycan Respublikasını maliyyə naziri Samir Şərifov təmsil edir.

Publika.az xəbər verir ki, 70 ölkədən 500-dən çox yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, tanınmış alim və ekspertlərin iştirak etdiyi forum çərçivəsində “Enerji dünyasının dəyişən şəkli: bölgənin yeni inkişaf hədəfləri”, “Fiziki və rəqəmsal infrastrukturun gələcəyi” və s. mövzularda sessiyalar təşkil olunub.

Xatırladaq ki, Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. 1987-ci ildən etibarən Davos İqtisadi Forumu Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Azərbaycan Respublikası 1995-ci ildən Dünya İqtisadi Forumunun fəal iştirakçısıdır. Son illərdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlıq inkişaf edərək yeni mərhələyə daxil olmuş, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində keçirilib.

Azərbaycan Respublikasında iqtisadi sahədə həyata keçirilən uğurlu islahatlar Dünya İqtisadi Forumu tərəfindən də izlənilir, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühiti dünyanın aparıcı iqtisadi qurumu tərəfindən beynəlxalq miqyasda xüsusilə qeyd edilir. Hesabatlarda bu amil daim ön plana çəkilir. Azərbaycan bu günlərdə açıqlanan Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik hesabatı 2014-2015” adlı hesabatında daha bir pillə irəliləyərək 144 ölkə arasında 38-ci yerə yüksəlib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm