Pensiyaların orta aylıq məbləği 172,2 manata çatıb
Bizi izləyin

Ekopublika.az

Pensiyaların orta aylıq məbləği 172,2 manata çatıb

Bu ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1904,2 milyon manat təşkil edib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 154,6 milyon manat çoxdur.

Publika.az xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1107,9 milyon manata çatıb. Bu daxilolmaların 64,8 faizi və ya 717,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 83,1 milyon manat çoxdur.

Fondun xərclərinə gəlincə, 1899,1 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Qeyd edək ki, Azərbaycanda ölkə üzrə pensiyaların orta aylıq məbləği 2006-cı il yanvarın 1-nə 29,8 manat olduğu halda, 2007-ci il yanvarın 1-nə 41,1 manat, 2008-ci il yanvar 1-nə 62,9 manat, 2009-cu il yanvarın 1-nə 95,8 manat, 2010-cu il yanvarın 1-nə 100,4 manat, 2011-ci il yanvarın 1-nə 112,9 manat, 2012-ci il yanvarın 1-nə 145,1 manat, 2013-cü il yanvarın 1-nə 152 manat təşkil edib. Hazırda isə ölkə üzrə pensiyaların orta aylıq məbləği 172,2 manata çatıb. İndiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb.

2014-cü ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1 faizini yaşa görə, 28,1 faizini əlilliyə görə, 10,8 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm