• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sayğaclar beş ildən bir yoxlanılacaq

Sayğaclar beş ildən bir yoxlanılacaq

Su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına qərar verilib.

“Azərsu” ASC-dən Teleqraf.com-a verilən xəbərə görə, məqsəd əhaliyə göstərilən texniki xidmətin səviyyəsini yüksəltməkdir. Laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək. Çünki Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təlimatına uyğun olaraq məişətdə istifadə olunan su sayğacları 5 ildə ən azı bir dəfə, sənayedə istifadə olunan sayğaclar isə ildə bir dəfə yoxlamadan keçirilməlidir.

Hazırda laboratoriyada son tamamlama işləri həyata keçirilir. Laboratoriyanın binası su sayğaclarının sınağı, təmiri sahələrindən, anbar, inzibati və yardımçı hissələrdən ibarətdir. Burada Türkiyənin və Avropa ölkələrinin istehsalı olan müasir cihaz və avadanlıq quraşdırılaraq, işçilərin fəaliyyəti üçün zəruri əmək şəraiti yaradılıb. Su sayğaclarının sınağı laboratoriyası akkreditasiyadan keçmə mərhələsindədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR