• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Zərərlə işləyən banklar hansılardır?

Zərərlə işləyən banklar  hansılardır?

Xəbər verdiyimiz kimi, cari ilin 7 ayının sonuna 36 bank mənfəətlə işləyib. İlin əvvəlində bu rəqəm göstəricisi 38 idi.

Publika.az Mərkəzi Bankın göstəricilərinə istinadən bildirir ki, 2014-cü ilin ikinci ayını cəmi 34 bank mənfəətlə başa vrurub. Aprel ayında həmin rəqəm 33 təşkil edib. Bank sisteminin cəmi mənfəəti iyulda 292.82 milyon manat qeydə alınıb. Zərərlə işləyən bankların sayı isə səkkizə çatıb. Düzdür, mart-aprel aylarında bu rəqəm müvafiq olaraq 10-11 təşkil edib. Amma ötən ilin iyulu ilə müqayisədə zərərlə işləyən bankların sayı 2 dəfə artıb. Bank sisteminin cəmi zərəri - 38.45 milyon manat (ötən ilin müvafiq dövründə -9.09 milyon manat) olub. Banklar tərəfindən əldə edilmiş yekun mənfəət 254.37 milyon manat təşkil edib.

Rəqəmlərin təhlili göstərir ki, Mərkəzi Bankın son islahatları (istehlak kreditlərinin verilməsi qaydalarının sərtləşdirilməsi, avtomobil kreditlərinin məhdudlaşdırılması) bank sektorunda vəziyyəti ağırlaşdırıb. Diqqəti çəkən hansı bankların zərərlə işləməsidir. 6 bank məlumatlarını açıqlayıb. Onlar arasında “Xalq Bank” -25,614 milyon manat, “Deka Bank” - 6,379 milyon manat, “NBS Bank”- 0,929 milyon manat, “Gunay Bank” - 0,555 milyon manat, “Bank Melli İran” - 0,307 milyon manat, “Pakistan Milli Bankı Bakı Filialı” - 0,253 milyon manat zərər edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR