ŞOK - İŞİD neftdən gündə 3 milyon dollar qazanır
Bizi izləyin

Ekopublika.az

ŞOK - İŞİD neftdən gündə 3 milyon dollar qazanır

Məlum olduğu kimi, Amerika dünyanın ən zəngin terror təşkilatı İŞİD-i yox etmək üçün koalisiyaya liderliyi boynuna götürüb.

Publika.az xəbər verir ki, terror təşkilatının maliyyəsini azaltmaq üçün İraq və Suriya kimi bölgələrin neft mərkəzlərinə hava hücumları edilir.

Onu da bildirək ki, neft İŞİD-in ən əhəmiyyətli gəlir qaynaqlarından biridir. Hətta neft bölgədəki qaçaqçılar sayəsində çox ucuz qiymətə satılır. İŞİD-in 1 gündə neftdən əldə etdiyi gəlirin 3 milyon dollar olduğu iddia olunur.

Təşkilat Şimali İraqda 7, Suriyada Deyər-ez Zor bölgəsində 6 neft quyusuna və neftayırma zavoduna nəzarət edir. “Qara qızıl”ın qara bazarda satışı ölkənin gəlirləri üçün daha da pessimist çərçivə yaradıb.

Nəzərə çatdıraq ki, hücumlardan sonra AB və Amerika bazarları da pis istiqamətdə təsirlənib. Lakin vəziyyətdən ən çox təsirlənən bölgədəki sərmayəçilərdir.

Sentyabrın 23-dən etibarən Ərəb Əmrliklərinin birjaları ortalama 1,6 faizlik eniş yaşayıblar. Misirdə bu rəqəm 0,6 faiz, Səudiyyə Ərəbistanında 2,8 faiz olub.

Xüsusilə İngiltərənin baş naziri Devid Kameronun Amerikanın gələn il terroristlərlə döyüşəcəyini açıqladıqdan sonra yaşanan geopolitik gərginlik sərmayəçilərin Orta Şərqlə bağlı qayğılarını artırıb.

Hücumların ərəb neftinə təsirlərinə gəlincə, mütəxəssislər belə deyir: “Bölgədəki neft ehtiyatlarının təsirlənməsi və Ukraynada yaşanan hadisələrdən sonra neftin qiymətində artım gözlənilirdi. Lakin gözlənilən olmadı və bəzi ölkələrin dəstəyi sayəsində qiymətlər hələ aşağı istiqamətdə yön alıb. Bölgə risklə qarşı-qarşıya olsa da fabriklər işə alışıblar. Hava hücumlarına baxmayaraq, bölgədəki neft bazarında sabitlik olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm