• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukrayna qaza görə ilkin ödənişə razıdır

Ukrayna qaza görə ilkin ödənişə razıdır

“2 milyard dollar borcun ödənməsindən sonra Rusiya Ukraynaya qaz tədarükünü bərpa edə bilər”. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, nazir Ukraynaya ötürüləcək qazın qrafikinin hələ müəyyən edilmədiyini bildirib: “Hələlik dəyəri 1,9 dollar təşkil edən 5 milyard kubmetr qazın təchizat qrafiki müəyyən deyil. “Naftoqaz” ilə "Qazprom" bu məsələni müzakirə etməlidirlər. Lakin onu söyləmək olar ki, həcm ilkin ödənişdən asılı olaraq müəyyən olunacaq”.

Onun sözlərinə görə, Ukrayna tərəfi pulu 3 tranşda ödəmək istəyir. Eyni zamanda təchizat başladığı ərəfədə ödəməni həyata keçirməyi təklif edir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR