Ekopublika.az
Buxarestdə Rumıniya-Türkiyə Biznes Forumu keçirilib
ARDNŞ-nin Rumıniya nümayəndəliyi Buxarestdə Türk İş Adamları Dərnəyinin təşəbbüsü ilə keçirilən Rumıniya-Türkiyə Biznes Forumunda iştirak edib.
Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, forumda Rumıniyanın Baş naziri Viktor Ponta, iqtisadiyyat naziri Konstantin Nitsa, maliyyə, turizm, nəqliyyat nazirləri, Türkiyə tərəfdən isə iqtisadiyyat naziri Nihat Zeybekci, eləcə də hər iki ölkədən 100-ə yaxın iş adamı iştirak edib. ARDNŞ-nin bu ölkədəki nümayəndəliyi həmçinin forum çərçivəsində Rumıniyanın Baş naziri və Türkiyənin iqtisadiyyat naziri ilə Rumıniyaya sərmayə yatıran və burada uğurla çalışan 20 aparıcı şirkətin nümayəndələrinin görüşündə də təmsil olunub.
Biznes Forumunda Türkiyə ilə Rumıniya arasında qarşılıqlı sərmayə
yatırımı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması,
neft-qaz, tikinti, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin
inkişafı istiqamətində çıxışlar edilib və müzakirələr aparılıb.
ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov
Türkiyənin iqtisadiyyat Naziri Nihat Zeybekci ilə görüşüb, SOCAR-ın
Rumıniyadakı fəaliyyəti barədə məlumat verib.
İqtisadiyyat şöbəsi
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi