İcbari tibbi sığorta üzrə rüsumların tətbiqi problem yarada bilər
Bizi izləyin

Ekopublika.az

İcbari tibbi sığorta üzrə rüsumların tətbiqi problem yarada bilər

Ölkəmizdə icbari tibbi sığorta sistemi, deyəsən, artıq “ölü nöqtədən” tərpənmək istəyir.

Hərçənd, buna inanmaq çətindir. Amma bir sıra hökumət nümayəndələrinin sözügedən məsələ ilə bağlı bu yaxında verdikləri açıqlamalar belə deməyə əsas verir. Belə ki, adıçəkilən sistemin fəaliyyətə başlama mexanizminin bəzi detalları təqribən məlum olub.

Xatırladaq ki, eyni mövzuda ötən şərhimizdə yazmışdıq ki, icbari tibbi sığorta ilə bağlı ölkəmizdə bütün zəruri hüquqi-normativ baza yaradılsa da və bundan ötrü hətta zəruri maliyyə vəsaitlərinin mənbələri də dəqiq göstərilsə də, hər şey "kağız üzərində" qalır. O səbəbdən ki, hər hansı bir işin nəzəri olaraq işlənib hazırlanması onun hələ həyata keçirildiyi demək deyil.

Bunun üçün müvafiq şərait olmalıdır.

Məsələ isə onda idi ki, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi üçün hər cür hüquqi baza mövcud olsa da, ilk növbədə iqtisadi şərait yoxdur. Azərbaycanda bu sahəyə cavabdeh olan ayrıca orqan ­- Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılıb. Amma necə deyərlər adı var, özü olmayan bu orqanın səlahiyyətləri də belə məlum deyil.

Sözümüz bunda deyil.

Ən ciddi sual yaradan məqam maliyyə mənbələri ilə bağlı idi. Belə ki, qanunla icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi üçün 3 mənbə - dövlət büdcəsi, işəgötürənlər və işçilərin tərəfindən həyata keçiriləcək ödənişlər nəzərdə tutulsa da, bunlardan yalnız birinci üzrə problem yoxdur. Digər 2-si - işəgötürənlər ilə işçilər üzrə sözügedən ödənişlərin necə həyata keçiriləcəyi isə məlum deyildi.

Çünki bizdə büdcə təşkilatlarında çalışanların əksəriyyətinin əmək haqları aşağı səviyyədə olduğundan, onlardan tutulan fiziki şəxslərin gəlir vergisi ilə sosial ayırmaların özü kifayət qədər “ağır yük” təşkil edir.

Hələ bunu özəl sektor üçün demirik.

Üstəlik, sosial ayırma üzrə işəgötürən ilə işçilər arasında ödənişin bölünmə nisbəti 22+3 faiz təşkil etdiyindən, birincilərin yükü daha ağır sayılır ki, bu da işçilərlə əmək müqavilələrinin bağlanmasına əngəl törədir.

Odur ki, icbari tibbi sığorta sistemi də işə düşdüyü təqdirdə işəgötürənlərə əlavə tibbi sığorta üzrə rüsumların da tətbiqi əmək haqlarının leqalaşdırılması, həmçinin müqavilələrin bağlanması tədbirlərinə mənfi təsir edə bilər.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu sahədə bəzi detallar artıq, ilkin olaraq məlum olub. Belə ki, hökumət nümayəndələrinin qeyd olunan açıqlamalarına görə, işəgötürənlər üzrə icbari tibbi sığortaya əməkhaqqı fondundan təqribən 2-2,5 faiz ödəniş tətbiq ediləcək. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üçüncü mənbəyi hesab olunan işçilərə isə maaşlarının təxminən 1-2 faizi qədər rüsum tətbiq olunacaq.

Düzdür, baş nazirin müavini demişkən, hər kəs icbari tibbi sığorta ödənişində iştirak etməyə hazır olmalıdır, onlar əməkhaqlarının 1-2 faizi qədər rüsum ödəməkdə heç nə itirməyəcək, əksinə, qazanacaqlar.

Ancaq sual yaranır: bunu işəgötürənlər üçün demək olarmı?

Başqa sözlə desək, işəgötürənlərin üzərinə əlavə olaraq tibbi sığorta ödənişlərinin də tətbiqi əməkhaqlarının leqallaşdırılması və müqavilələrinin bağlanması işlərini bir az da çətinə salmayacaq ki?

Burada bir məqam da var. O da bundan ibarətdir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkədə pensiya məbləğlərinin yüksəldilməsinin həmişə yalnız sosial sığorta daxilolmaların həcmindən asılı olduğu deyilir. Eyni zamanda, əməkhaqlarının leqallaşdırılması və işçilərin qeydiyyatı sahəsində aparılan işlər də nə qədər tez səmərə verərsə, bunun bir o qədər geniş imkanlar açacağı bildirilir.

Bilavasitə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı”na əsasən isə sosial sığorta üzrə ödənişlərin həcmini yüksəltmək, əməkhaqlarını leqallaşdırılmaq və işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etmək qarşιya mühüm vәzifә olaraq qoyulub ki, məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini də dəyişdirmək vacib sayιlır. Belə ki, işəgötürənlə işçi arasında hazırki 22+3 faiz nisbətini ilkin mərhələdə müvafiq olaraq, 20+5 faizlə əvəz etmək nəzәrdә tutulur.

Buna dair şərhimizdə yazmışdıq ki, işəgötürənlər üzrə 20 faizə endirim müsbət nəticə verəcək. Ancaq işçilərin əməkhaqlarından ayırmanın 5 faizә qaldırılması isə eyni nəticəni göstərməyə bilər.

Odur ki, ölkədə il ərzində yığılan ümumi vergi məbləğində fiziki şəxslərdən gəlir vergisi məbləğini yüksəlmək üçün qeyd olunan nisbəti 17+3 faiz nisbətində etməyi daha məqsədəuyğun saymışdıq.

Məsələnin kökündə həm də əmək müqavilələrinin bağlanması və yaxud yuxarıda qeyd etdiyimiz kimi, fərdi gəlirlərin gizlədilməsi və ikili əməkhаqqı sistеmini аrаdаn qaldırmaq dayandığından, bu, dövlət büdcəsinə və DSMF-a gəlirləri artmaq üçün də əlavə imkan yaradar.

İndi bunun əksinə olaraq, hazırki 22+3 faiz nisbət fonunda icbari tibbi sığortaya dair təxminən 2+1 faiz əlavə rüsumun da tətbiqi müsbət nəticə verə bilərmi?

Şübhəsiz ki, yox.

Doğrudur, ölkәdә son vaxtlar mövcud vergi siyasәti tәkmillәşdirilmәklə yanaşı, bir sιra stimullaşdιrιcι və inzibati tәdbirlәr vasitәsilә əməkhaqlarının gizlədilməsi, eləcə də işəgötürənlə işçilər arasında müqavilələrin bağlanmaması hallarına qarşı nəzarət gücləndirilib.

Ancaq hökumət dərəcələri təkmilləşdirməkdən əlаvə, vergi mədəniyyətinin də təşəkkül tapmasının qayğısına qalmalıdır ki, bu zaman bаşlıcа məqsəd gəlirləri gizlətməyə şərait yaradan amilləri ləğv etmək olmalıdır.

Bəs, icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi üçün işəgötürənlər ilə işçilər üzrə rüsumların ödəniş nisbətini necə müəyyən etmək məsləhətdir?

Fikrimizcə, icbari tibbi sığortaya dair ödəniş dərəcələrinin müəyyənləşdirilməsi siyasəti sosial sığorta ayırmaları mexanizmi ilə uzlaşdırmalı, daha dəqiq desək, eyni çərçivədə həyata keçirilməlidir. Məsələn, sosial sığorta ayırması üzrə 22+3 faiz nisbətin işəgötürənlər üzrə düşən pay səviyyəsinin 2 faizini icbari tibbi sığorta ödənişinə ayırmaq daha məqsədəuyğun olardı. O cümlədən, yerdə qalan 3 faizin 1 faizini də işçilərə şamil etmək şərti ilə...

Sonda onu da qeyd edək ki, bu proses inkişaf etmiş ölkələrdə asan başa gəlməyib. Keçən il təkcə ABŞ-da yeni ilə dair federal büdcənin qəbulu ilə əlaqədar Konqresdə yaranmış vəziyyəti xatırlamaq kifayətdir.

Yeri gəlmişkən, uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən azad sayılacaqlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir.

Bu da problem deyil. O baxımdan ki, dövlət büdcəsi hesabına bu kompensasiya olunaca

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm