Ekopublika.az
“Şahdəniz” layihəsi çərçivəsində 200 milyon dollar dəyərində müqavilə imzalandı
“Şahdəniz” konsorsiumu Mərhələ - 2 işlənmə layihəsinin irəliləyişi çərçivəsində bu yaxınlarda daha iki xidmət müqaviləsini imzalayıb. Sualtı axın xətlərinin və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu müqavilələr “Bredero Shaw International B.V.” şirkəti ilə imzalanıb.
Publika.az konsorsiumun operatoru “BP-Azerbaijan” şirkətinə istinadən bildirir ki, müqavilələrin dəyəri təxminən 200 mln. ABŞ dolları həcmindədir: “Örtüklənmə işlərinə 2014-cü ilin sonlarında başlanacaq ki, 2015-ci ilə planlaşdırılan sualtı boru kəmərlərinin inşasının birinci mərhələsi üçün və 2018-ci ilə planlaşdırılan ikinci mərhələsi üçün örtüklənmiş borular təmin olunsun. Ötən ilin dekabr ayında yekun investisiya qərarı verildikdən bu vaxtadək “Şahdəniz 2” layihələri üzrə işlərdə yaxşı irəliləyiş olub. Ümumilikdə artıq 9 mlrd. dollar dəyərində əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalanıb. Bu müqavilələr üzrə Azərbaycan və Gürcüstandakı əksər tikinti sahələrində ilkin işlər də artıq başlanıb”.
Qeyd edək ki, “Şahdəniz” Mərhələ - 2 layihəsi Xəzər dənizində yerləşən nəhəng “Şahdəniz” yatağından ildə 16 mlrd. kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3 500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilin sonlarına nəzərdə tutulub; Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.
İqtisadiyyat şöbəsi
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı