Samir Şərifov: “Neft Fondunun xərcləri azalacaq”
Bizi izləyin

Ekopublika.az

Samir Şərifov: “Neft Fondunun xərcləri azalacaq”

“Azərbaycan neft hasilatı yüksək olanda ixracatdan çoxlu mənfəət əldə edib. Bu gəlirlər Neft Fonduna yönəldilib, strateji vacib layihələrə xərclənib”.

Publika.az-ın məlumatına görə, bunu Türkiyənin İstanbul şəhərində keçirilən "Regional İnkişaf üçün Əlavə İmkanların Yaradılması" mövzusunda Dünya İqtisadi Forumunda maliyyə naziri Samir Şərifov bildirib. O deyib ki, ARDNF-dən daha çox vəsait dövlət büdcəsinə ayrılıb və müxtəlif layihələrə xərclənib. Amma tədricən bu layihələr azalır.

“Ona görə Neft Fondunun xərcləri azalacaq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, forum öz işinə sentyabrın 28-də başlayıb. Müzakirələrdə 70 ölkədən 500-dən çox yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertləri iştirak edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm