
İndiyədək 1451 məcburi köçkün sahibkara 34,5 milyon manat güzəştli kredit verilib.
Publika.az Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirir ki, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub. Təkcə 2014-cü ilin ötən dövrü ərzində 246 məcburi köçkün sahibkara 8,7 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib.
Kreditlər hesabına 450-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,3 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat şöbəsi