• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şahin Mustafayev sabiq prezidentlə görüşdü

Şahin Mustafayev sabiq prezidentlə görüşdü

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiçlə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə IV Bakı Beynəlxalq Humanitar Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsindəki xüsusi əhəmiyyəti vurğulanıb. Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Nazir Şahin Mustafayev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.

Qeyd edilib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər Azərbaycan və Xorvatiya arasında iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb.

Bildirilib ki, Azərbaycan iri infrastruktur layihələrinin, bu günlərdə Bakıda təməlqoyma mərasimi keçirilmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır. Nazir Şahin Mustafayev ölkəmizdə yaradılan sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında iş adamları üçün nəzərdə tutulan güzəştlər barədə də məlumat verib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR