Ekopublika.az
Ərzaq təhlükəsizliyi nədir? -YAP jurnalistlərin iştirakı ilə təlim keçəcək
Publika.Az Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimou yap.orq.az saytına müsahibəsini ixtisarla təqdim edir
- Eldar müəllim, bir neçə gün öncə Yeni Azərbaycan
Partiyasının İqtisadi məsələlər komissiyasının ilk iclası
keçirildi. Komissiyanın fəaliyyət planına hansı məsələlər
daxildir?
- Ümumiyyətlə, partiyamızın müvafiq komissiyalarının yaradılması
çox müsbət haldır. Bu mənada İqtisadi məsələlər komissiyası
ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarının təbliğatı
ilə məşğul olacaq, bu siyasətin əhəmiyyəti, Azərbaycanın
inkişafında oynadığı rol ilə əlaqədar təhlillər apararaq
ictimaiyyətə təqdim edəcək. Eyni zamanda, zəruri hallarda müəyyən
təkliflərlə çıxış edəcək.
Qeyd etdiyiniz kimi bir neçə gün öncə komissiyamızın ilk iclası
keçirildi. Komissiyanın iclasında 2014-cü il üzrə fəaliyyət planı
müzakirə edilərək qəbul olundu. Komissiyanın üzvləri fəaliyyət
planını geniş müzakirə edərək müəyyən maraqlı təkliflərlə çıxış
etdilər. Yekun olaraq bu il üçün fəaliyyət planımız təsdiq olundu,
il ərzində müəyyən tədbirlərin keçirilməsi qərara alındı. Dediyim
kimi komissiya bu il ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin
uğurlarının təbliğinə yönəlmiş bir sıra tədbirlər keçirməyi nəzərdə
tutur. Tədbirlər sırasına ilk olaraq Azərbaycanın ərzaq
təhlükəsizliyinin mahiyyəti, mövcud vəziyyət və perspektivlər
barədə KİV-in iştirakı ilə təşviqat xarakterli konfransların
təşkili daxildir. Bundan əlavə, regionların inkişafı ilə bağlı
nəzərdə tutulan yeni dövlət proqramı, ölkədə kənd təsərrüfatının
inkişaf strategiyası və aqrar layihələrin əhəmiyyəti barədə
təqdimatların keçirilməsi də komissiyasının fəaliyyət planına daxil
edilib.
Xüsusilə, Prezident İlham Əliyevin növbəti 5 illik inkişafa dair
qarşıya qoyduğu hədəflərin geniş şəkildə təbliğ olunması da
partiyanın iqtisadi məsələlər komissiyasının gündəmində olan əsas
məsələlərdən biridir. Biz nəzərdə tuturuq ki, keçirdiyimiz
tədbirlərə, eləcə də gələcəkdə komissiyanın iclaslarına iqtisadçı
mütəxəssisləri dəvət edək. Hesab edirəm ki, bu, ümumi işimizin
xeyrinə olacaq. Çalışacaq ki, fəaliyyətimizlə partiya rəhbərliyinin
etimadını doğruldaq. Bütövlükdə, nəzərdə tutduğumuz işlər kifayət
qədərdir və İqtisadi məsələlər komissiyası olaraq bu işlərin
öhdəsindən layiqincə gəlməyə çalışacağıq.
- Aqrar sahədə vəziyyəti necə
dəyərləndirirsiniz?
- Son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi
nəticələr əldə edilib. Təbii ki, bu prosesdə regionların
sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla
həyata keçirilməsi başlıca rol oynayır. Regionların inkişafında
sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə
malikdir. Sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca
istiqamətlərindən biridir. Bu sahə ilə bağlı hüquqi baza da kifayət
qədər mükəmməldir. Dövlətimiz hər il sahibkarlara güzəştli
kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu
kreditlərin həcmi hər il artımla müşahidə olunur. Bu dövlətimizin
bu sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində
sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emal
yönümlü müəsisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların
nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün zəruri tədbirlər
görülür. Ardıcıl olaraq daim bu baxımdan uğurlu addımlar atılıb.
Aqrar sahənin inkişafı ilə əlaqədar bu il ərzində də mühüm işlərin
görülməsi nəzərdə tutulur. Aqrar bölmə ölkə əhalisinin ərzaqla
etibarlı təminatının əsas bazasıdır. Bu səbəbdən də bu sahəyə
dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalıdır. Qeyd
etdiyim istiqamətdə də zəruri addımlar atılır. Belə ki, bölgələrdə
əsasən emal, kənd təsərrüfatı maşınqayırma və qarışıq yem istehsalı
sənayesi sahələrinin inkişafı üçün müəssisələr tikilib istifadəyə
verilir. Fermerlər arasında könüllülük əsasında birgə
təsərrüfatçılığın təşviqi, kənd təsərrüfatı məhsullarının
istehsalı, satışı, tədarükü, emalı və s. ilə məşğul olan
kooperativlərin, assosiasiyaların, cəmiyyətlərin, birliklərin
yaradılmasının dəstəklənməsi, habelə aqrar sahədə
informasiya-məsləhət xidmətlərinin təşkili ölkəmizin aqrara
siyasətinin əsas prioritetlərindəndir. Hesab edirik ki, aqrar
sektorun inkişafı siyasətinin bu istiqamətləri hörmətli
Prezidentimizin iri təsərrüfatlar yaradılması haqqında verdiyi
tapşırığa tam uyğundur və onların uğurla həyata keçirilməsi üçün
“Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Kənd təsərrüfatı
informasiya-məsləhət xidməti haqqında” qanunların qəbul edilməsinə
böyük ehtiyac var.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...