Ekopublika.az
Fermerlərə müjdə: Məhsulları sığortalanacaq
Kənd Təsərrüfatı Nazirliyi aqrar sığorta sahəsində boşluqların aradan qaldırılması üçün İsveçrə təcrübəsini öyrənir.
Bu bardə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, bu məsələ nazir Heydər Əsədovun İsveçrənin “SWISS Re” şirkətinin rəhbəri Martin Parkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Görüşdə sahədə sığorta riklərinin “SWISS Re” şirkəti tərəfindən təkrar sığortası ilə bağlı fikir mübadiləsi aparılıb.
Heydər Əsədov kənd təsərrüfatında sığorta sisteminin tətbiqinin vacibliyini qeyd edərək bu sahədə əməkdaşlığa önəm verdiyini bildirib.
Martin Parker rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verib. O deyib ki, şirkət əsasən yeni innovasiyalar v yeni xidmətlərlə məşğul olur. qonaq dünyada baş verən təbii fəlakətlərin ( su daşqınları, quraqlıq, zəlzələlər, güclü küləklər) 75%-nin sığortalanmadığını, kənd təsərrüfatına böyük ziyanın dəydiyini, lakin ödənişin dövlət tərəfindən ödənildiyini deyib.
Nazir Heydər Əsədov kənd təsərrüfatına əsas iki təbii fəlakətin- quraqlıq və yoluxucu xəstəliklərin ziyan vurduğunu bildirib, sığorta sahəsindəki boluqların aradan qaldırılması məqsədilə bu şirkət tərəfindən texniki köməkliyin göstərilməsi, sığorta sahəsində hüquqi bazanın yaradılması isqamətlərində bu şirkətin təcrübəsindən istifadə olumasını və gələcək birgə fəaliyyət üçün işçi qurupunun yaradılmasını məqsəduyğun hesab edib.
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI