Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın artım proqnozlarını dəyişdi
Bizi izləyin

Ekopublika.az

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadiyyatın artım proqnozlarını dəyişdi

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üzrə qlobal iqtisadi artım proqnozlarını bu il üçüncü dəfə aşağı saldı.

Fond qlobal iqtisadi perspektivlərlə bağlı son hesabatında 2014-cü il üçün artım proqnozunu 3,3 faizə, 2015-ci il üçün isə 3,8 faizə endirdi. Halbuki təşkilatın iyuldakı hesabatında eyni dövrlər üzrə bu proqnozlar müvafiq olaraq 3,4 və 4 faiz idi.

Publika.az xəbər verir ki, BVF xüsusilə avro bölgəsində proqnozların mənfiyə doğru getdiyini bildirib. Hesabatda həmçinin avro bölgəsi ölkələrinin yenidən struktur islahatları apardıqları qeyd edilib: “Bu islahatlar iqtisadi göstəricilərin yaxşılaşmasını şərtləndirəcək”.

Beynəlxalq Valyuta Fondu avro bölgəsinin ən böyük üç iqtisadiyyatında - Almaniya, Fransa və İtalyada artım nisbətlərinin düzəldiyini qeyd edib. Fond eyni zamanda avro bölgəsinin deflasiya riskinin 30 faiz olduğunu irəli sürüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm