Neftin proqnozlaşdırılan qiymətləri düşdü
Bizi izləyin

Ekopublika.az

Neftin proqnozlaşdırılan qiymətləri düşdü

Neftin dünya bazar qiyməti düşməkdə davam edir.

Brent Crude Oil tipli neftin noyabra proqnozlaşdırılan qiyməti 1,26% düşərək 91,64 dollara enib. WTI markalı neftin noyabr ayı üzrə proqnozlaşdırılan qiyməti isə 1,1 faiz düşərək 89,36 dollar olub.

Publika.az xəbər verir ki, neftin qiymətinin sürətlə enməsi iqtisadiyyatı xüsusilə bu məhsuldan asılı olan ölkələr üçün müsbət perspektiv vəd etmir. Rusiya, Qazaxıstan kimi ölkələrin büdcə gəlirlərində azalmalar gözlənilir.

Onu da bildirək ki, Azərbaycanın da dövlət büdcəsinin gəlirlərinin 70 faizi neft hesabına formalaşır. Cari ilin dövlət büdcəsində neftin bareli 100 dollardan götürülüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm