Sığorta ödənişlərinin həcmi açıqlandı
Bizi izləyin

Ekopublika.az

Sığorta ödənişlərinin həcmi açıqlandı

Sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,1 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan Publika.az-a verilən xəbərə görə, 2014-cü ilin sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,816 sığorta tələbi üzrə 2,187,041 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 19,4 milyon manat sığorta ödənişi aparılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosu tərəfindən 56 kompensasiya tələbi üzrə 181,376 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Həmçinin 2014-cü ilin yanvar-sentyabr ayları ərzində büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2013-cü il iyul ayının 20-dən etibarən informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilən daşınmaz əmlakın icbari sığorta müqavilələri üzrə 217 sığorta tələbi qeydiyyata alınıb. 450 min manata yaxın sığorta ödənişi həyata keçirilib. Həyata keçirilən sığorta ödənişlərinin 47%-i yaşayış evləri və mənzillər, 53%-i isə digər daşınmaz əmlakla bağlı olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm