Kimlər daşınmaz əmlakını icbari sığorta etdirib?
Bizi izləyin

Ekopublika.az

Kimlər daşınmaz əmlakını icbari sığorta etdirib?

Ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə 9,405, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 225, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 142 sığorta müqaviləsi bağlanıb.

Publika.az xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 977,689 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18,690 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31,814 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 48,5% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 14,21% artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 75,70%-i yaşayış evləri və mənzillər, 0,44%-i inzibati binalar, 23,86%-i digər daşınmaz əmlakla bağlı olub.

Ümumilikdə yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 112,888 sığorta müqaviləsi bağlanılıb. Bu sığorta müqavilələri üzrə sığorta haqqları 11,404,695 manat olub. Daşınmaz əmlakın icbari sığortası üzrə ən çox bağlanılan sığorta müqavilələri Bakı (31,965 ədəd), Sumqayıt (7,461 ədəd), Gəncə (6,569 ədəd), Astara (3,285 ədəd), Salyan (3045 ədəd), Ağstafa (2,615 ədəd) şəhər və rayonları üzrə, ən az bağlanılan sığorta müqavilələri Naftalan (72 ədəd), Cəbrayıl (93 ədəd), Xızı (110 ədəd), Siyəzən (298), Qobustan (313 ədəd), Qax (383 ədəd) şəhər və rayonları üzrə qeydə alınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm