• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb

Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Prezident İlham Əliyev dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsulun 2,5 faiz, qeyri-neft sektorunun isə 6 faiz artdığını deyib. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.

Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb.

Dövlətimizin başçısı bildirib ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da, son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Ötən doqquz ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR