• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rövnəq Abdullayev Böyük Britaniyanın baş nazirinin ticarət üzrə səfiri ilə görüşdü

Rövnəq Abdullayev Böyük Britaniyanın baş nazirinin ticarət üzrə səfiri ilə görüşdü

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə səfiri, Lordlar Palatasının üzvü Riçard Risbinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Publika.az ARDNŞ-a istinadən bildirir ki, R. Abdullayev Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərin olduğu vurğulanıb. Britaniyalı qonaqların Bakıya səfərinin Azərbaycan neft sektorunda beynəlxalq əməkdaşlığın başlanmasının 20-ci ildönümünə təsadüf etdiyini vurğulayan ARDNŞ-nin prezidenti ötən dövr ərzində BP şirkəti ilə səmərəli əməkdaşlıq qurulduğunu qeyd edib.

R. Risbin ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Qonaq Böyük Britaniyanın Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük dəyər verdiyini, BP və digər Britaniya şirkətlərinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

R. Abdullayev “Cənub Qaz Dəhlizi”nin qlobal önəm daşıdığını və layihənin əsas elementləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrində BP şirkətinin SOCAR-la birlikdə Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verəcəyini vurğulayıb. R. Abdullayev qədim neft diyarı olan Azərbaycanın müstəqillik dövründə sosial-iqtisadi inkişafda qazanılmış uğurlarından bəhs edib, bu uğurlarda neft-qaz sektorunun rolundan danışıb. Qeyd olunub ki, SOCAR-ın beynəlxalq neft şirkəti kimi formalaşması prosesi uğurla davam edir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR