Energetika Nazirliyinin Kollegiyasının tərkibi müəyyən olundu
Bizi izləyin

Ekopublika.az

Energetika Nazirliyinin Kollegiyasının tərkibi müəyyən olundu

Nazirlər Kabineti Energetika Nazirliyinin Kollegiyasının tərkibi haqqında qərar verib.

Nəticədə Energetika Nazirliyinin Kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib.

Publika.az NK-ya istinadən bildirir ki, kollegiyanın sədri energetika naziri Natiq Əliyev müəyyən edilib. Kollegiyanın üzvləri energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi Pərviz Məmmədov, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Asif Zeynalov, nazirliyin Aparat rəhbəri İftixar Hüseynov, nazirliyin hüquqi münasibətlər şöbəsinin müdiri İbrahim Ağayev, nazirliyin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri Məhəmməd Məmmədov, nazirliyin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri Xalidə Məsimova təyin olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm