44073 vergi ödəyicisi qanunvericiliyi pozub
Bizi izləyin

Ekopublika.az

44073 vergi ödəyicisi qanunvericiliyi pozub

Bu ilin yanvar-sentyabr ayında 44073 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar edilib.

Vergilər Nazirliyindən Publika.az-a verilən məlumata görə, 24190 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydaları pozulub. 7205 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 6727 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 3032 vergi ödəyicisi tərəfindən 4183 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 697 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 7274 ədəd mal olduğu aşkarlanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm