Kartof 1 faiz, soğan 4,3 faiz bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Kartof 1 faiz, soğan 4,3 faiz bahalaşıb

Kartof 1 faiz, soğan 4,3 faiz bahalaşıb

Yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 0,5 və 2,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Publika.Az xəbər verir ki, arpanın istehsalçı qiymətləri 0,2 faiz, kartofun 1,0 faiz, baş soğanın 4,3 faiz, baş sarımsağın 0,1 faiz, yerkökünün 5,5 faiz, xiyarın 3,3 faiz, pomidorun 1,0 faiz, göyərtilərin 0,4 faiz, quru otun istehsalçı qiymətləri 1,4 faiz bahalaşıb. Buğdanın istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 0,2 və 3,4 faiz ucuzlaşıb.

Xurmanın istehsalçı qiymətləri 9,1 faiz, narın 3,6 faiz, heyvanın 4,7 faiz, naringinin 2,6 faiz, fındığın 9,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 1,8 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,1 və 0,2 faiz, yumurtanın istehsalçı qiymətləri 3,3 faiz qalxıb.

Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,1 faiz, camışın 1,3 faiz, südün 0,2 faiz, quş ətinin (diri çəkidə) 4,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 1,1 faiz ucuzlaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,4 faiz bahalaşma müşahidə olunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm