• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

9 ayda dövlət büdcəsindən infrastruktura 4 milyard xərclənib

9 ayda dövlət büdcəsindən infrastruktura 4 milyard xərclənib

Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 101,2 faiz yerinə yetirilməklə 14 milyard 71 milyon manat təşkil edib.

Publika.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov bildirib. O deyib ki, təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8 faiz əməl etməklə dövlət büdcəsinə 5 milyard 324 milyon manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 milyon manat və yaxud 8 faiz çox vəsait keçirib: “Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin edib. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662,0 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat olub”.

Nazirin sözlərinə görə, dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86,0 faiz icra olunub: “Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşüb. Bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur. 2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil edib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi, yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545 milyon manat vəsait yönəldilib”.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR