ABŞ-ın üç günlük cəhənnəmi
Bizi izləyin

Ekopublika.az

ABŞ-ın üç günlük cəhənnəmi

ABŞ-ın üçgünlük cəhənnəmi

ABŞ birjasında, qarşıdakı üç günün kritik olduğu bildirilib. 1929 –cu ildəki kimi sərt satışların ola biləcəyi düşünülür.

Maliyyə dünyasında tanınan iqtisadçı Tom Demark, Vall Streetin 2-3 gün ərzində yüzdə 40% dəyər itirə biləcəyini söyləyib. (Val Street, ABŞ –ın Nyu York şəhərində, ölkənin öndə gedən bəzi maliyyə quruluşlarının toplandığı küçədir).

DeMark, Vall Street birjasındakı mövcud vəziyyətin, 1929 –cu ildə yaşanan və birjaların dörd gün üst üstə dəyər qazandıqdan sonra, yüzdə 48% dəyər itirdiyi “Qara Cümə” -yə çox bənzədiyini ifadə edib. “Qara cümə”, Amerikada yeni ildən əvvəl gələn cümə günüdür. “Qara Cümə”, bəzən alış-veriş və şənlik olaraq da adlandırılır. DeMark, “Bazarlar hər gün, bir gün əvvəlki səviyyədən daha aşağı səviyyədə bağlanmağa başlayıb.

Sərmayəçilər bazarların hansı səviyyədə bağlandıqlarına baxaraq, sabahısı günə daha aşağı bir başlanğıc gözləyir. Birjalarda əməliyyat həcmi, hər keçən gün azalır” deyib. “Yüzdə 40% dəyər itirə bilər”. Publika.Az –ın xarici mətbuata istinadən verdiyi xəbərə görə: DeMark, “Əgər bu şəkildə davam etsə, Wall Street birjaları ən yüksək səviyyələrindən yüzdə 40% dəyər itkisi yaşaya bilər.

Bazarlarda 3 Sentyabr 1929 –cu ildə də buna bənzər yüksək səviyyələrə çıxmışdı. Sonradan davam edən 23 gün içində Dow Jones, sənaye İndeksinin dib səviyyəsinə endiyini görüb. 23 günün sonunda, bazarlar dörd gün üst üstə yüksəlib. Sonradan “Qara Cümə” olaraq bilinən gündə yüzdə 48% dəyər itirib. Hazırda içində olduğumuz vəziyyət bu günlərə çox bənzəyir.

Buna görə önümüzdəki 2 - 3 günə çox diqqət yetirməmiz lazım olacaq” dedi. 1929-cu ildə yaşanan böyük Wall Street çöküşü olaraq bilinən “Qara Cümə”, ABŞ iqtisadiyyatının ən böyük iqtisadi böhranı olaraq bilinən və 12 il davam edən böyük böhranın başlanğıcı olaraq qəbul edilir.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm