“Okuklu İnşaat”- keyfiyyəti dəyərində alın(R) - FOTOLAR, VİDEO
Bizi izləyin

Ekopublika.az

“Okuklu İnşaat”- keyfiyyəti dəyərində alın(R) - FOTOLAR, VİDEO

Bu gün “Okuklu İnşaat” şirkətinin əsas satış mərkəzinin təntənəli açılış mərasimi keçirib. Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşku, “Okuklu İnşaat” şirkətinin prezidenti Yılmaz Okuklu, şirkətin

Bu gün “Okuklu İnşaat” şirkətinin əsas satış mərkəzinin təntənəli açılış mərasimi keçirib. Mərasimdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşku, “Okuklu İnşaat” şirkətinin prezidenti Yılmaz Okuklu, şirkətin siması, tanınmış müğənni Natavan Həbibi iştirak edib.

Türkiyənin aparıcı şirkətlərindən olan “Okuklu İnşaat”ın Azərbaycandakı alıcılara keyfiyyətli və büdcəyə uyğun kafel, metlax eləcə də hamam aksessuarları təqdim edir. Türkiyədə istehsal olunan “Okuklu İnşaat”ın məhsulları 2007-ci ildən Azərbaycanda inşaat nalları bazarına daxil olub və qısa zamanda liderlərdən birinə çevrilib. Yüksək keyfiyyətə zəmanət olan “Okuklu İnşaat”ın məhsulları brend olmaqla yanaşı həm də büdcəyə uyğun qiymətə təqdim olunur.

2013-cü ildə tanınmış müğənni Natavan Həbibi “Okuklu İnşaat”ın siması seçilib. Yazda müğənninin keçirəcəyi solo konsertin baş sponsoru da “Okuklu İnşaat” olacaq.

Qeyd edək ki, ötən ildən başlayaraq Azərbaycan idmanının inkişafına dəstək olur. Dekabrda Bakıda keçirilən qarışıq döyüş növləri üzrə Dünya Kubokunun baş sponsoru olan şirkət eyni zamanda “Naxçıvan Döyüş Klubunun”sponsorudur. Şirkət kafel və metlakın Azərbaycana idxal həcminə görə ölkədə ilk üçlükdədir.

“Okuklu İnşaat” şirkətinin prezidenti Yılmaz Okuklu birdirdi ki, Türkiyənin aparıcı şirkətlərindən biri olan bizim şirkətin fərqi odur ki, keyfiyyətli və büdcəyə uyğun kafel, metlax və hamam aksessuarları alıcılara təqdim edir. Bizim şirkət Dünya kubokunun tək başına sponsoru olub. Cənab prezidentimiz bilirik ki, idmana nə qədər qayğı göstərir. Biz həmin qayğını davam etdiririk ki, gənclərimizdə idman ruhunu stimullaşdıraq. Biz hamılıqla pul qazanmağa gəlməmişik, biz Azərbaycana xidmət etməklə, yanında olduğunu bildirmək üçün gəlmişik. Türkiyə olaraq Azərbaycana dəstək veririk. Yeni çıxan məhsulu birbaşa bu ölkəyə gətiririk.

“Okuklu İnşaat” şirkətinin siması Natavan Həbibi şirkət haqqında fikirlərini bizimlə bölüşüb: “Onu qeyd etmək istərdim ki, 2013-cü ildən bu şirkətin simasıyam. Şirkətin rəhbəri ilə gözəl dostluğumuz var. “Okuklu İnşaat” alıcılarımız üçün gözəl bir şərait yaradıb ki, büdcələrinə uyğundur. Bu şirkət həm idmana, həm də incəsənətə böyük dəyər verir. Naxçıvan Döyüş Klubunun sponsoru olub, həmçinin Dünya kubokunun baş sponsoru olub. Ən əsasən yaz fəslində keçirəcəyim konsertin baş sponsoru olacaq. Buna görə Yılmaz bəyə öz minnətdarlığımı bildirirəm. Azərbaycan-Türkiyə münasibətləri nə qədər inkişaf etsə, bir o qədər yaxşıdır. Türkiyənin mühüm bir inşaat şirkətinin açılışıdır. Yəqin xəbərdarsız ki, böyük bir ev tikdirirəm. Evimə lazım olan bütün avadanlıqları bu şirkətdən alacam”.

Elvin Elxan

Foto: Nuron

Əlaqə: Nərimanov rayonu, Ələsgərov Qayıbov küç. 1

Telefon: 012 566 81 32(iş) , 050 748 57 57, 055 305 85 85 (mobil)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm