Dövlət Neft Şirkəti büdcəyə nə qədər vəsait ödəyib?
Bizi izləyin

Ekopublika.az

Dövlət Neft Şirkəti büdcəyə nə qədər vəsait ödəyib?

Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin sentyabrında dövlət büdcəsinə 146 milyon 116 min manat vəsait ödənilib.

Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, bu, 2013-cü ilin sentyabr ayı ilə müqayisədə 10 milyon 938 min manat və ya 108,1 faiz çoxdur. Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 412 milyon 857 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 227 milyon 765 min manat və ya 119,2 faiz çox olub.

Bundan əlavə, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 644 min manat vəsait köçürülüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 547 min manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm