Ekopublika.az
Azəbaycanın idxal – ixrac əməliyyatlarında Avropa birinci yerdədi
2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 139 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. 105 ölkəyə əmtəə ixrac olunub, 126 ölkədən idxal olunub.
Publika.az-ın Dözvlət statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.
Səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 27,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 22,0 milyard dollar, idxalın həcmi 5,6 milyard dollar təşkil edib, nəticədə 16,4 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,1 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 117,0 dollara bərabər olub.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI