MDB ölkələrinə dəmir yolu ilə gediş ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

MDB ölkələrinə dəmir yolu ilə gediş ucuzlaşıb

2014-cü ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunub. Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz bahalaşıb. Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,0 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm