Əhali 15,5 milyard manatlıq alış-veriş edib
Bizi izləyin

Ekopublika.az

Əhali 15,5 milyard manatlıq alış-veriş edib

Bu ilin yanvar-sentyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,5 milyard manatlıq məhsul satılıb. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox əmtəə satışı deməkdir.

Publika.az xəbər verir ki, istehlak mallarının 50,1 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5 faiz bəndi artıb.
Cari ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 milyon manat olub.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 91,2 faizini hüquqi şəxslərin, 8,8 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 94,9 faizini qeyri-ərzaq malları təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm