• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

TAP səhmdarları dəyişib

TAP səhmdarları dəyişib

Trans Adriatik boru kəmərinin(Trans Adriatic Pipeline, TAP) tikintisi üzrə səhmdarlar dəyişib. Fransanın “Total” və Almaniyanın “E.ON” şikrətləri 19% paylarını satıblar.

Publika.az TAP konsorsiumuna istinadən bildirir ki, səhmlərin 16 faizini İspaniyanın “Enagas” şirkəti alıb. “Fluxys” konsorsiumu isə layihədə payını 16% -dən 19%-ə qaldırıb. Hazırda layihə üzrə səhmdarlar belədir: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).

TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR