• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sənaye məhsullarının istehsalçı qiymətləri 4 faiz ucuzlaşıb

Sənaye məhsullarının istehsalçı qiymətləri 4 faiz ucuzlaşıb

Sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,6 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, 2014-cü ilin sentyabr ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə 4,6 faiz ucuzlaşma, metal filizlərinin hasilatı üzrə 1,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşma müşahidə olunub.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 0,9 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, metallurgiya və içki istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 4,7 faiz, tikinti məmulatlarının istehsalı və tütün məmulatlarının istehsalı üzrə 0,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,2 faiz, qida məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR