• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gələn il üçün neftin bareli 90 dollardan götürüləcək - 2015-ci il üzrə makroiqtisadi göstəricilər

Gələn il üçün neftin bareli 90 dollardan götürüləcək -  2015-ci il üzrə makroiqtisadi göstəricilər

2015-ci il üzrə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 65,1 faiz həddində proqnozlaşdırılıb.

Publika.az-ın məlumatına görə, bu barədə 2015-ci ilin makroiqtisadi proqnozlarında qeyd edilib. Bildirək ki, bu rəqəm 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 8,5 faiz, 2014-cü ilin proqnozuna nisbətən isə 5,5 faiz çoxdur. Özəl sektorun ÜDM-də payı 83 faiz nəzərdə tutulur.

2015-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 19,8 milyard manat proqnozlaşdırılır. Bunun da 72,8 faizi daxili investisiyaların, 27,2 faizi isə xarici investisiyaların payına düşüb. Ümumi investisiyaların 14, milyard manatının qeyri-neft sektoruna yönəldilməsi gözlənilir. Növbəti ildə qeyri-dövlət investisiyaları 8,7 milyard manat olmaqla ümumi investisiyaların 43,9 faizini təşkil edəcək. Dövlət investisiyalarının ümumi investisiyalardakı payı 56,1 faiz olacaq.

Onu da bildirək ki, növbəti il üçün inflyasiya 2,3 faiz həcmində proqnozlaşdırılıb. Xam neftin 1 bareli 90 dollar, manatın məzənnəsi 0,784 manat hesablanıb.

Makroiqtisadi proqnozlara əsasən, 2015-ci ildə 26,8 milyard dollar ixrac planlaşdırılır. Bunun cəmi 2,7 milyard dolları qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 11,1 milyard dollar proqnozlaşdırılıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR