Dövlət büdcəsinin sosial təminat xərcləri açıqlandı
Bizi izləyin

Ekopublika.az

Dövlət büdcəsinin sosial təminat xərcləri açıqlandı

Bu il dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2040,5 mln. manat vəsait proqnozlaşdırılıb.

Publika.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 290,2 mln. manat və ya 16, 6 % çoxdur.

Vəsait ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardım, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün nəzərdə tutulub.

2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1100, 0 milyon manatı Dövlət Sosial Müdafiə Fondu (DSMF) vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşməsinə yönəldiləcək.

548,4 milyon manat vəsait (2014-cü ilə nisbətən 90,3 milyon manat və ya 19,7% çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və onun müvafiq orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin həyata keçirilməsi üçün ayrılıb.

Qaçqin və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan 224,5 mln. manat (2014-cü ilə nisbətən 2,3 mln. manat və ya 1,0 %, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 12,7 mln. manat və ya 6,0% çox) vasitəsilə qaçqin və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə həyata keçiriləcək.

Bununla yanaşı, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də sosial müdafiə və sosial təminat təyinatlı infrastrukturlara aid olan investisiya layihələri üzrə müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm