Ötən il Ağdamda 269 nəfər işlə təmin olunub
Bizi izləyin

Ekopublika.az

Ötən il Ağdamda 269 nəfər işlə təmin olunub

Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon məşğulluq mərkəzindən bildiribl'r ki, 2013-cü ildə mərkəzə müraciət etmiş 490 nəfər iş axtarandan 269-u idarə, müəssisə və təşkilatlarda işlə təmin edilmişdir. Eyni zamanda, 47 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 45 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 40 nəfərə müavinət ödənilib.

Ötən il sentyabrın 11-də əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 80 nəfər işaxtaran vətəndaşa göndəriş verilmiş, onlardan 78-i işlə təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm