• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rəsmi Kreml xarici şirkətlərin Rusiyada fəaliyyətini məhdudlaşdırır

Rəsmi Kreml xarici şirkətlərin Rusiyada fəaliyyətini məhdudlaşdırır

Vldamir Putin xarici səhmdarların Rusiya mediasında payını məhdudlaşdıran qanun imzalayıb. Bundan sonra xaricilər media sahəsində 20 faizdən artıq kapitala sahib ola bilməyəcəklər.

Publika.az xəbər verir ki əslində bu, gözlənilən idi. Rusiya digər sahələrdə xarici kapitalı məhdudlaşdırmağı planlaşdırır.

Buna misal kimi, Moskvada xarici şirkətlərin nümayəndələriylə bir araya gələn xarici işlər naziri Sergey Lavrovun açıqlamalarını göstərmək olar. Belə ki, nazir Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalar mövzusunda əhəmiyyətli mesajlar verib. Maliyyə sanksiyaların qeyri-qanuni olduğunu ifadə edən Lavrov ölkənin mənfəətlərinin qorunması üçün uzun vədəli addımlar atacaqlarını bildirb:"Rusiya ilə Avropa Birliyi arasındakı əlaqələr elə bir nöqtəyə çatıb qarşılıqlı addımlarımızın idarə olunması ilə bağlı qərarlar qəbul etməliyik. Bu müddətdə bir-birimizin rəqibi, yoxsa strateji tərəfdaşı olacağımızı araşdıracaq”.

Xarici işlər nazirinin sərt açıqlamalarına, Putinin son qərarına baxmayaraq, Rusiyanın girişdiyi bilək güləşindən iqtisadiyyatı ağır təsirlənir. Ölkədəki sərmayənin sürətlə xaricə çıxması rublun dollar, avro qarşısında dəyər itirməsinin başlıca səbəbidir. Xüsusilə Avropadan idxal edilən qida məhsullarına embarqo tətbiq olunması inflyasiyası artırır.

Bu problemləri zəngin neft ehtiyatları sayəsində həll etməyə çalışan Moskva rəhbərliyinin hesabları da alt-üst vəziyyətdədir. Çünki bir tərəfdən də neftin qiyməti tarixi enişini yaşayır. 90 gündə neft 30 dollar ucuzlaşıb.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR