• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

7 ayda 40 milyon manatı xərcləməyən fond gələn il 50 milyon xərcləyəcək?

7 ayda 40 milyon manatı xərcləməyən fond gələn il 50 milyon xərcləyəcək?

Növbəti ilin büdcəsində sosial ipoteka kreditlərinin tətbiqinin genişləndirilməsi məqsədilə İpoteka Fonduna 50 milyon manat vəsait ayrılıb.

Bu da 2014-cü illə müqayisədə 10 milyon manat çoxdur.

Publika.az xəbər verir ki, cari ildə büdcədən sosial ipoteka kreditlərinin verilməsini nəzərdə tutan vəsait üzrə tranş mart ayında 10 milyon manat, iyul ayında 10 milyon manat olmaqla həyata keçirilib. Müvəkkil bankların əksəriyyəti onlara qoyulan limitin bitdiyini əsas gətirərək, avqust ayından kreditləşməni dayandırıblar.

Ümumiyyətlə, 2014-cü il üzrə 525 297,1 min manat kredit verilib. Güzəştli kreditlərin həcmi 115285,8 min manat olub. İndiyə qədər 15 393 nəfər kredit alıb. Onlardan 3216 ədədi güzəştli ipoteka kreditləri üzrə olub. Müvəkkil banklardan ən çox “AG Bank” ASC maliyyələşdirmə həyata keçirib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR