İlin əvvəlindən sərf edilən tikinti xərcləri açıqlandı
Bizi izləyin

Ekopublika.az

İlin əvvəlindən sərf edilən tikinti xərcləri açıqlandı

İlin əvvəlindən bütün maliyyə mənbələrindən əsas kapitala 11,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz çox vəsait yönəldilib.

Publika.az xəbər verir ki, onun 70,4 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 68,2 faizi məhsul istehsalı, 31,8 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,3 faizini təşkil edib.
2014-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1459,3 min kvadratmetr olan yeni yaşayış evləri, 230 çarpayılıq xəstəxana, növbədə 142 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 24812 şagird yerlik ümumtəhsil məktəbləri, 1092 yerlik məktəbəqədər təhsil müəssisələri, 147 yerlik klub və s. obyektlər istifadəyə verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm