ÜDM 2,5 faiz artıb
Bizi izləyin

Ekopublika.az

ÜDM 2,5 faiz artıb

Yanvar-sentyabr aylarında ölkədə 44,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Publika.az xəbər verir ki, qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artıb. Neft-qaz hasilatı və emalı sahələrində isə 2,0 faiz azalıb.
ÜDM-in 61,6 faizi istehsal sahələrində, o cümlədən 44,3 faizi sənayedə, 11,9 faizi tikintidə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub. 31,2 faizi isə xidmət sahələrinin payına düşüb.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 25,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,0 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm