Xarici ticarət dövriyyəsi azalıb
Bizi izləyin

Ekopublika.az

Xarici ticarət dövriyyəsi azalıb

Bu ilin əvvəlindən xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 9.7 faiz azalaraq 21.0 milyard dollar təşkil edib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, xarici ticarətin 91.1 faizi və ya 19.1 milyard dolları uzaq xarici dövlətlərlə, 1.9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılıb.

Səkkiz ay ərzində ölkəmizdən xarici ölkələrə 15.4 milyard dollar dəyərində müxtəlif məhsullar ixrac edilib. Onun 96.3 faizi və ya 14.8 milyard dollarlığı uzaq xarici dövlətlərə, 562.9 milyon dollarlığı və ya 3.7 faizi MDB üzvü ölkələrinə göndərilib.

Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 5.6 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilən malların həcmi 4.3 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.3 milyard dollar olub.

Səkkiz ay ərzində 9.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 10.5 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 747.5 milyon dollarlıq mənfi saldo yaranıb.

Qeyri-neft məhsullarının ixracı yanvar-avqust aylarında 1.1 milyard dollar olub.

Xam neftin və təbii qazın ixracı barədə Dövlət Neft Şirkəti və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla, xarici ticarət dövriyyəsi 27.6 milyard dollar (o cümlədən ixrac 22.0 milyard dollar) təşkil edib və 16.4 milyard müsbət saldo yaranıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm