Bəzi kənd təsərrüfatı məhsullarının istehsalı azalıb
Bizi izləyin

Ekopublika.az

Bəzi kənd təsərrüfatı məhsullarının istehsalı azalıb

Azərbaycanda ötən illə müqayisədə bu il kənd təsərrüfatı məhsullarının istehsalı azalıb.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, kənd təsərrüfatı sahəsində kənd əməkçiləri bu dövrdə tarlalardan ilkin çəkidə 2338.3 min ton taxıl (qarğıdalı daxil olmaqla), 808.9 min ton kartof, 1125.0 min ton tərəvəz, 532.4 min ton meyvə və giləmeyvə, 439.9 min ton bostan məhsulları, 106.1 min ton üzüm, 20.4 min ton pambıq, 404.2 ton yaşıl çay yarpağı, 2.2 min ton tütün, 29.1 min ton şəkər çuğunduru, 19.8 min ton dən üçün günəbaxan toplayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dən üçün günəbaxan istehsalı 11.8 faiz, bostan məhsulları istehsalı 2.9 faiz, üzüm istehsalı 1.7 faiz, meyvə və giləmeyvə istehsalı 0.4 faiz artıb, dənli bitkilərin istehsalı 19.3 faiz, kartof istehsalı 17.8 faiz, tütün istehsalı 16.2 faiz, şəkər çuğunduru istehsalı 16.0 faiz, çay istehsalı 14.8 faiz, tərəvəz istehsalı isə 1.1 faiz azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm