• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda qoyunların sayı artıb

Azərbaycanda qoyunların sayı artıb

Azərbaycanda iri buynuzlu mal-qaranın sayı 2721.4 min başa, qoyun və keçilərin sayı isə 8767.5 min başa çatıb.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, cari ilin yanvar-sentyabr aylarında bu heyvanlardan 324.9 min ton diri çəkidə ət, 1416.3 min ton süd, 1164.2 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal edilib. Bu da 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1.5 faiz, süd istehsalı 3.6 faiz, yumurta istehsalı 11.6 faiz, yun istehsalı 1.5 faiz artıb.

Beləliklə, dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı ötən ilki səviyyədən 3.0 faiz çoxdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR