Regionların iqtisadi inkişafı uğurla davam edir
Bizi izləyin

Ekopublika.az

Regionların iqtisadi inkişafı uğurla davam edir

Regionların iqtisadi inkişafı uğurla davam edir

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilib. Konfransda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasında bəhs edən sərgi açılıb. Sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, sosial inkişafı və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilib.

İqtisadçı resursların öyrənilməsi, ictimai birliyin rəhbəri Ruslan Atakişiyev -in münasibətini öyrəndik.

“Ümumiyyətlə, Azərbaycanda regionların sosial iqtisadi inkişafı, dövlət proqramının hazırlandığı yönündə icra olunmasına böyük ehtiyac var. Regionların iqtisadi inkişafların məqsədləri çərçivisində əsas istiqamət dayanıb. Bu da ondan ibarətdir ki, paytaxt və regionlar arasında qeyri bərabər inkişafın aradan qaldırılması, həm də regionlarda, regionlar arası paralel inkişafın tənzimlənməsidir. Regionlarda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin aşılması, yəni region əhalisi paytaxta və ya başqa ölkələrə müraciət etməsin.

Bu il 2014 –cü il sənaye ili kimi qəbul edilib. Bununla bağlı, sənayeni istər paytaxta istərsə də regionlarda inkişafı artıq bu il üçün ayrıca sahə kimi müəyyənləşdirilib.

Böyük şəhərlərdə (məsələn Gəncə, Mingəçevir, Şirvan və s.) sənayenin inkişaf etdirilməsi, sonradan həmin şəhərlərin inkişafına gətirib çıxaracaq. Nəticədə isə həmin regionlarda yaşayan insanlar Bakıya yox, ətraf şəhərlərə müraciət edəcək.

Regionların şəhərləri inkişaf etdikdə, ətraf bölgələrin inkişafına da təsir edəcək. Cənab Prezident qeyd etdiyi kimi Azərbaycan, son 10 ildə İqtisadiyyatı 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm