• USD 1,8311 0,00% EUR 1,9659 +0,90%
    • GBP 2,2728 +1,08% RUB 0,0307 -0,33%

İndiyə qədər Azərbaycan nefti 109 dollardan satılıb

İndiyə qədər Azərbaycan nefti 109 dollardan satılıb

2014-cü ilin yanvar-sentyabrında Azərbaycan 25 milyon 427 min. 885.1 ton neft ixrac edib. Bu keçən ilin analoji dövrünün göstəricisindən 1.9% azdır.

Publika.az Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, yanvar-sentyabrda Bakı – Tbilisi – Ceyhan boru kəməri ilə 20 milyon 757.673 min ton, Bakı – Supsa kəməri ilə 3 milyon 187.353 min ton, Bakı – Novorossiysk kəməri ilə 763,594 min ton, dəmir youli ilə Gürcüstan limanlarına isə 719,265 min ton neft nəql edilib.

DGK-ya görə, hesabat dövründə ixraca 14 milyard 818 milyon 400,7 min dollar dəyərində 18 milyon 229,143 min təşkil ton neft göndərilib. Yəni, ilin əvvəlindən Azərbaycan neftinin bir tonunu orta hesabla $812,89 və ya bir barelini $ 109,85-dan ixrac edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR