• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiyanın valyuta ehtiyatları daha da azalacaq – Açıqlama

Rusiyanın valyuta ehtiyatları daha da azalacaq – Açıqlama

Rus rublu dollar və avro qarşısında dəyərini itirməkdədir.

Ölkənin Mərkəzi Bankı artıq rublun məzənnəsinin saxlanılmasına valyuta ehtiyatlarından 1,6 milyard dollar xərcləyib. 2014-cü ilin əvvəlindən bank valyuta ehtiyatlarından 51 milyard dolları bazara çıxarıb.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev Rusiyanın valyuta ehtiyatının 1 həftədə (3-10 oktyabr) 3 milyard dollar azalaraq $451,7 milyarda düşdüyünü bildirib. Beləliklə, Rusiya son 3 həftədə valyuta ehtiyatından 6,6 milyard dollar itirib: “Halbuki beynəlxalq təşkilatlar, o cümlədən Fitch agentliyi sanksiya davam edəcəyi təqdirdə ehtiyatların ilin sonuna 450 milyard dollara düşəcəyini proqnozlaşdırmışdı. Göründüyü kimi, vəziyyət gözlənildiyindən də kritikdir. Bu sürətlə ehtiyat oktyabrın sonuna 450 milyard dollarlıq həddi keçərək aşağı düşəcək”.

İqtisadçı deyir ki, bank sektorunda problemlərin sistem xarakter daşımaşı getdikcə özünü büruzə verir: “Stanadard & Poor’s (S&P) agentliyi Rusiyanın bank sektorunun vəziyyətinin ağırlaşdığını əsas gətirərək bankların reytinqinin aşağı salınacağını bildirib. Agentliyin məlumatına görə, 2013-cü illə müqayisədə bankların xalis gəliri 2 dəfə azalacaq. Bir tərəfdən, sanksiyalar, digər tərəfdən, neftin ucuzlaşması Rusiyaya soyuq qış vəd edir”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR