Azərbaycanda vergi amnistiyası elan ediləcək
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda vergi amnistiyası elan ediləcək

Gəlirlərin ümumi bəyannaməsinə keçid məqsədilə Azərbaycanda vergi amnistiyası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.

F.Məmmədov bildirib: "Azərbaycan ümumi vergi bəyannamələrinin tətbiqinə hazırlaşır. Bu, çox böyük layihədir və çoxlu sayda prosedurların hazırlanmasını tələb edir. Eyni zamanda, gəlirlərin rəsmən bəyan edilməsinə amnistiya sistemi olmadan keçmək olmaz. Biz postsovet ölkəsiyik və gəlirlərin tam leqallaşdırılması üçün amnistiyanın keçirilməsi lazım gələcək. Başqa işlər də yerinə yetiriləcək. Nə vaxtsa qərar qəbul ediləcək. Buna hazırlıq gedir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm