TANAP-ın tikintisi ilə bağlı daha iki əlavə sənəd təsdiqləndi
Bizi izləyin

Ekopublika.az

TANAP-ın tikintisi ilə bağlı daha iki əlavə sənəd təsdiqləndi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Trans-Anadolu” əsas qaz ixrac boru kəmərinin (TANAP) tikintisi ilə bağlı iki əlavə sənədi təsdiq edib.

Publika.az “Resmi Gazete”yə istinadən bildirir ki, sənədlər Türkiyə hökuməti ilə TANAP konsorsiumu arasında bu ilin mayın 26-da imzalanan memorandumlara aiddir. İlkin razılaşmaya görə, TANAP boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan qaz illik 16 mlrd. kubmetr olaraq Türkiyə ərazisindən Avropa sərhədlərinə qədər çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetr həcmi Türkiyənin istifadəsinə veriləcək. Qalan 10 mlrd. kubmetr qaz isə Avropaya nəql olunacaq. Həmçinin gələcəkdə kəmərin ötürmə gücü 31 mlrd. kubmetrə qədər genişləndirilə bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm