Azərbaycanda yoxsulluğun səviyyəsi 5,3 faizə enib
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda yoxsulluğun səviyyəsi 5,3 faizə enib

Son 10 ildə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində ciddi islahatlar aparılıb. Əhalinin gəlirləri 5,6 dəfə, əməkhaqqı 5,7 dəfə, minimum əməkhaqqı təqribən 15,7-16 dəfə artıb.

Publika.az-ın məlumatlarına görə bu barədə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə Azərbaycanda sosial təminat və əhalinin sosial müdafiəsinə çəkilən dövlət xərcləri 8 dəfə artıb. Ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 5,3 faizə enib ki, bu da bilavasitə məşğulluğun təminatı ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm