Ayın sonu Bakıya 30-dan çox ölkədən 200-ə yaxın nümayəndə gələcək
Bizi izləyin

Ekopublika.az

Ayın sonu Bakıya 30-dan çox ölkədən 200-ə yaxın nümayəndə gələcək

Oktyabrın 27-28-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransı keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, enerji tənzimlənməsi üzrə əsas beynəlxalq tədbirlərdən hesab olunan konfransda dövlət rəsmilərinin, energetika və su ehtiyatları ilə bağlı qurumların nümayəndələrinin, investorların, bank təmsilçilərinin, məsləhətçilərin iştirakı nəzərdə tutulur. Ümumilikdə tədbirdə 30-dan artıq ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Konfransda enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerjinin yayılması ilə bağlı çağırışlar, enerji bazarlarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, su ehtiyatlarının tənzimlənməsi ilə bağlı məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm